2 ay, 2 həftə əvvəl
UFAZ-da 10-11-ci Sinif Şagirdləri Üçün İnfosessiya Keçirildi

İnfosessiyada Respublika Fənn Olimpiadalarının informatika üzrə yarımfinal turunda iştirak edən orta məktəb şagirdlərinə Azərbaycan-Fransız Universitetinin bakalavr proqramları barəsində məlumat verildi. Onlara UFAZ-da Kompüter Elmləri, Kimya, Kimya Mühəndisliyi, Neft və Qaz Mühəndisliyi, Geologiya və Geofizika Mühəndisliyi ixtisasları üzrə təhsil almağın üstünlüklərindən bəhs edildi.
Ölkədən çıxmadan ikili diploma sahib olmaq şansı verən UFAZ-ın tələbələr üçün elmi laboratoriyalarda praktiki dərslər keçmək, sahələrini müvafiq sənaye müəssisələrində mütəxəssislərdən öyrənmək, dəvət olunmuş xarici professorlardan dərs almaq, beynəlxalq təcrübə proqramlarında iştirak etmək fürsəti yaratdığı diqqətə çatdırıldı. Sonda şagirdlərin bakalavr proqramları və UFAZ-da ali təhsillə bağlı sualları cavablandırıldı.



