7 ay, 3 həftə əvvəl

UFAZ-da yeni qəbul olunmuş tələbələr üçün Orientasiya Günü təşkil edildi

q (2)

Sentyabrın 6-da UFAZ-da yeni qəbul olunmuş tələbələr (L0) üçün Orinetasiya Günü təşkil edildi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərov yeni qəbul olunmuş tələbələri salamladı və onları gözləyən dörd illik uzun akademik səyahətdə uğurlar arzuladı. O, tələbələri qarşıdakı imkanlardan maksimum faydalanmağa səslədi. Ardınca, UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova tələbələrə uğurlar arzulayaraq, onların gələcəkdə böyük nailiyyətlər qazanacaqlarına inamını ifadə etdi.

Daha sonra UFAZ-ın proqram koordinatorlarının iştirak etdiyi video təqdim olundu və tələbələrə universitetdəki akademik şərait, təhsil imkanları haqqında məlumat verildi. Tədris Departamentinin müdir müavini Səmra Şiriyeva isə departamentin strukturu və tələbələrə akademik səyahətləri boyu göstəriləcək dəstək haqqında ətraflı təqdimatla çıxış etdi.

Ardınca, UFAZ-ın İctimaiyyətlə əlaqələr üzrə meneceri Xülya Sabirli Strateji Tərəfdaşlıq və İnkişaf Departamentinin gördüyü işlər, layihələr haqqında danışdı və departamentin tələbələr üçün əməkdaşlıqlar və gələcək imkanların yaradılmasındakı rolunu vurğuladı. Eyni zamanda, tələbələr Karyera Mərkəzi və Sahibkarlıq və İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış oldular. Bu mərkəzlər tələbələrin peşəkar inkişafına töhfə verir və innovasiyalar sahəsində resurslarla təmin edir.

Rəsmi təqdimatlardan sonra sual-cavab sessiyası keçirildi və tələbələrə UFAZ rəhbərliyi ilə birbaşa əlaqə qurmaq, suallarını vermək, tələbə həyatı ilə bağlı məqamları dəqiqləşdirmək imkanı yaradıldı.

Ardınca, UFAZ Tələbə Şurasının sədri Çingiz Xankişiyev tələbə klubları və fəaliyyətləri haqqında qısa məlumat verdi və yeni tələbələri universitetin aktiv tələbə həyatında iştiraka səslədi. Həmçinin, tələbələr maraqlandıqları tələbə klublarına üzv olmaq imkanı əldə etdilər. Tədbirdə təmsil olunan klublar arasında Ekoklub, Psixologiya Klubu, Kimya Mühəndisliyi Klubu, Musiqi Klubu, Bərpa Olunan Enerji Klubu, Gimnastika Klubu, Danışıq Klubu və Voleybol Klubu yer aldı.

Tədbir UFAZ Musiqi Klubunun üzvlərinin təqdim etdiyi möhtəşəm musiqi çıxışı ilə davam etdirildi. Tələbələrin şəbəkələşməsi və UFAZ icmasında yeni əlaqələr qurması üçün təşkil edilən çay fasiləsi ilə tədbir başa çatdı.

qqqqqqqqqqq
qqqqqqqq
qqqqqq (2)
qqqqqqq (2)
qq (2)
qqqq (2)
qqqqqqqqq