1 həftə, 5 gün əvvəl
UFAZ “Worley” ilə Layihə İdarəetməsi üzrə Eksklüziv Seminar Keçirdi

Aprelin 18-də Azərbaycan-Fransız Universitetinin rəhbərliyi ilə “Worley” şirkətinin rəsmiləri arasında görüş baş tutdu. İclasda qarşılıqlı maraq doğuran məsələlər, tərəfdaşlıq imkanları və yeni layihələr üzrə əməkdaşlıq perspektivlərinə baxıldı.
Daha sonra mühəndislik, layihə menecmenti və məsləhət xidmətləri sahəsində qlobal lider olan “Worley” şirkətinin UFAZ və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün təşkil edilən Layihə İdarəetməsi və İcrası mövzusunda seminarı baş tutdu.
Bu sessiya “Worley”nin Nüvə Xidmətləri üzrə İcraçı Direktoru və Şərqi Avropa və Mərkəzi Asiya üzrə Baş Vitse-prezidenti John Armstrong tərəfindən idarə olundu. O, layihə idarəetməsi və icrası üzrə əsas prinsiplər barədə çıxış edərək təqdimat keçirdi. “Worley”nin regional rəhbərlik komandasının yüksək səviyyəli nümayəndələri də sessiyada iştirak etdilər:
-Aytən Babayeva, Lokasiya Direktoru
-Chris McWilliams, Vitse-prezident
-Zəhra Miratayeva, Biznesin İnkişafı Meneceri
-Xanım Əliyeva, Böyük İnsan Resursları Məsləhətçisi
-Aynur Salimova, Böyük İnsan Resursları Məsləhətçisi
“Worley” 45-dən çox ölkədə enerji, kimya və resurslar üzrə məsləhət, mühəndislik, satınalma və tikinti xidmətləri təqdim edir. Şirkət müştərilərinə enerji keçidlərini sürətləndirmək üçün dayanıqlılıq yönümlü həllər və aşağı karbonlu texnologiyalar təklif edir. Eyni zamanda ənənəvi infrastruktur və kimya istehsalı sistemlərini optimallaşdırmağa davam edir. Daha davamlı bir dünya yaratmaq missiyası ilə beynəlxalq layihələrdə ön sırada yer alan Worley tərəfdaşlarına müasir sənaye mənzərəsinin mürəkkəbliyində yol göstərir.
Sessiyanın tələbələrə qazandırdığı imkanlar:
-Qlobal sənaye liderləri ilə birbaşa əlaqə qurmaq;
-Beynəlxalq enerji və infrastruktur layihələrindən real nümunələri öyrənmək;
-Dayanıqlılıq və yeniliklərin layihə icraatına necə daxil edildiyini öyrənmək;
-İştiraka görə sertifikat almaq.
UFAZ və ADNSU tələbələrini qəbul edən tədbir UFAZ-ın akademik sahə ilə sənaye arasında praktiki təcrübələr və qlobal əməkdaşlıqlar vasitəsilə körpü yaratmaq səylərinin bir hissəsi idi.





