3 həftə, 2 gün əvvəl

UFAZ-da hidroloji proseslərdə maşın öyrənməsinin tətbiqinə dair elmi seminar keçirilib

2ndresearch 6

Oktyabrın 24-də Azərbaycan-Fransız Universitetində (UFAZ) ENGEES-in (École Nationale du Génie de l’Eau et de l’Environnement de Strasbourg) dosenti Marvan Fas tərəfindən “Fizika əsaslı modelləşdirmədə maşın öyrənməsi: yeraltı su axınının simulyasiyası üzrə tətbiqlər” adlı tədqiqat seminarı keçirilib.

Hidrogeologiya sahəsinin tanınmış mütəxəssisi Professor Fas sahilyanı akviferlərdə (yeraltı su ehtiyatları) dəniz suyunun yeraltı sulara qarışması, karbon dioksidin (CO₂ ) yeraltı laylarda saxlanılması və torpaq sürüşməsi prosesləri üzrə geniş təcrübəyə malikdir.

Professor Marvan Fas seminarda maşın öyrənməsi texnikalarının fizikaya əsaslanan modellərlə necə birləşdirilə biləcəyini izah etdi. O, iştirakçılara göstərdi ki, məlumat əsaslı yanaşmaların əsas hidroloji prinsiplərlə birləşdirilməsi modellərin daha səmərəli işləməsinə, hesablama xərclərinin azalmasına və suyun hərəkətindəki qeyri-müəyyənliyin daha dəqiq ölçülməsinə imkan verir. Təqdimatda suyun axını və dəniz suyunun yeraltı sulara qarışması ilə bağlı praktik nümunələr göstərildi, eyni zamanda hibrid modelləşdirmə yanaşmasının həm üstünlükləri, həm də çətinlikləri vurğulandı.

Seminar tələbə, tədqiqatçı və müəllimlərə süni intellekt, maşın öyrənməsi və hidrogeologiya sahələrinin kəsişməsində aparılan tədqiqatlarla tanış olmaq imkanı yaratdı.

2ndresearch 1
2ndresearch 2
2ndresearch 3
2ndresearch 4
2ndresearch 5
2ndresearch 7
2ndresearch  8