2 ay, 3 həftə əvvəl

UFAZ-la “British Council” arasında Azərbaycanda mövcud Transmilli Təhsilin (TT) səviyyəsini müzakirə etmək məqsədilə görüş keçirilib

DSC_9739 (1)

UFAZ-la “British Council” arasında Azərbaycanda mövcud Transmilli Təhsilin (TT) səviyyəsini müzakirə etmək məqsədilə görüş keçirilib. Qeyd edək ki, “British Council” Azərbaycanda mövcud Transmilli Təhsilin (TT) səviyyəsini tədqiq etmək və bununla bağlı imkan və maneələri araşdırmaq məqsədilə tədqiqat aparmağı planlaşdırır. “British Council” Azərbaycan-Fransız universitetinin bu sahədə ölkədə ilk ali təhsil müəssisəsi olduğunu nəzərədə alaraq, UFAZ-da görüş keçirərək fikir mübadiləsi apardı. Bu tədqiqat universitetlərin fəaliyyətini qiymətləndirmək sahəsində geniş təcrübəyə malik olan qlobal təhsil şirkəti olan Times Higher Education (THE) tərəfindən aparılacaq.

Qeyd edək ki, yanvarın 26-da “British Council” və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Transmilli Təhsil Siyasəti Forumu keçiriləcək. Forumun məqsədi Azərbaycanla Böyük Britaniya arasında transmilli təhsilin inkişafına kömək edilməsi, hər iki ölkənin ali təhsil sistemlərində transmilliliyi dəstəkləyən dəyişikliklərin müəyyən olumasıdır. Forumun keçirilməsi həm də universitet reytinqlərinin ali təhsilə transformativ təsirini, onun bütün dünyada maraqlı tərəflərini müzakirə etmək, Elm və Təhsil Nazirliyinə Britaniya azərbaycanlıları konsorsiumunun yaradılmasına dəstək olmaq məqsədi daşıyır.

DSC_9737
DSC_9735 (1)
DSC_9736 (1)