7 ay, 3 həftə əvvəl

UFAZ Kimya departamentinin laborantı Narınc Tağıyevanın məqaləsi dərc olunub

ürqür

UFAZ Kimya departamentinin laborantı Narınc Tağıyevanın məqaləsi dərc olunub. Onun müəllifi olduğu "Qrafen oksidinin Şiff bazası və Reduksiya olunmuş Şiff bazası ilə funksionallaşdırılmasına əsaslanan yeni adsorbentlərin sintezi və xarakteristikası və pestisidlərin təmizlənməsi" başlıqlı məqaləyə “Materials” jurnalında yer verilib. Məqalə ətraf mühitin bərpası sahəsində innovativ nəticələr təqdim edir və qrafen oksid (GO) nanovərəqlərinin şiff baza və qismən azaldılmış Şiff baza ilə funksionallaşdırılmasını araşdıraraq yeni adsorbentlərin yaradılmasını tədqiq edir.

Tədqiqatda həm kovalent, həm də qeyri-kovalent funksionallaşdırılmış GO nanostrukturlarının Epoksikonazol, Dimetomorf, Siprodinil, Xlorotalonil, Asetoxlor və Trifluralin kimi pestisidlərin sudan təmizlənməsindəki təsirləri araşdırılıb. Strukturlar SSNMR, FTIR, XRD, TGA, SEM və TEM kimi texnikalarla təhlil edilib. Nəticələr göstərdi ki, kovalent funksionallaşdırma GO-nun adsorbsiya qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb, lakin qeyri-kovalent funksionallaşdırmanın təsiri minimum olub. Narınc Tağıyevanın tədqiqatı pestisidlərin sudan təmizlənməsini yaxşılaşdırmaq üçün qabaqcıl materialların inkişafına yönəlmişdir ki, bu da daha dayanıqlı və effektiv su təmizləmə texnologiyalarına böyük töhfə verir.

Məqaləni oxumaq istəyənlən üçün keçid: https://www.mdpi.com/2917370