3 gün, 5 saat əvvəl

UFAZ rəhbərliyinin “Zeiss Microscopy” şirkətinin rəsmiləri ilə görüşü keçirilib

584726885_1496742018652998_3881474659020022649_n l1

Noyabrın 19-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədris laboratoriyaları binasında UFAZ rəhbərliyi ilə “Zeiss Microscopy” şirkətinin rəsmiləri arasında görüş keçirilib.

Tədbirdə UFAZ-ın icraçı direktoru dosent Vazeh Əskərov, “Zeiss Microscopy”nin regional direktoru Guido Bauhammer, “Zeiss AMK” Azərbaycan filialının satış meneceri Elmir Bəşirov və “Medeks” şirkətinin baş icraçı direktorunun müavini iştirak ediblər.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını və mikroskop sənayesindəki çağırışları müzakirə ediblər. Texnoloji yeniliklərin tətbiqi, məhsul keyfiyyətinin artırılması və sənaye standartlarına uyğun strategiyaların inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Rəsmi görüşdən sonra qonaqlar UFAZ-ın yüksək texnologiyalı tədris laboratoriyalarına baş çəkiblər. Laboratoriyaların şəraiti, texniki avadanlıqların vəziyyəti və istifadəsi, həmçinin laboratoriya vasitələrinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda UFAZ-a iki “Primotech Zeiss” mikroskopu hədiyyə olunub. “Yer elmləri” və “Analitik kimya” laboratoriyalarında yerləşdirilən yeni mikroskoplar və tədris, elmi tədqiqat proseslərində istifadə olunacaq. Bu yüksək dəqiqlikli optik sistem material və mineralların analizində ixtisaslaşıb.

Mərkəzi Almaniyada yerləşən “Zeiss Microscopy” optik, elektron mikroskopiya və laboratoriya texnologiyaları istehsalında dünya lideridir. Şirkətin mikroskopları həm elmi tədqiqat, həm təhsil, həm də sənaye sahələrində geniş istifadə olunur.

Görüş nəticəsində UFAZ-la “Zeiss Microscopy” arasında elmi əməkdaşlığın gücləndirilməsi, tədris və elmi tədqiqatlarda birgə imkanların genişləndirilməsinə dair razılıq əldə edilib.

582908254_1496742175319649_1228557934091499863_n l2
586233272_1496742185319648_619862199544873109_n l3
586718180_1496742188652981_2087297986875743245_n l4
584857841_1496742161986317_1310293020929792874_n l5
586255095_1496742178652982_5505986587605903498_n l6
584755020_1496742181986315_7078330969464242577_n l7
584698669_1496742191986314_5056950367484385110_n l8
586524613_1496742168652983_7743942262040254316_n l9
586025384_1496742165319650_7864428368503729948_n l10