3 gün, 13 saat əvvəl

UFAZ-ın magistrantları Girdimançay vadisində geoloji sahə təcrübəsində iştirak ediblər

field trip to girdiman 2026 by ge team 1 x

Azərbaycan-Fransız Universitetinin (UFAZ) "Geofizika mühəndisliyi” magistratura proqramının sonuncu kurs tələbələri Girdimançay vadisində geoloji sahə təcrübəsində olublar.

Sahə təcrübəsinə Strasburq Universitetinin (Unistra) dosenti Gilyermo Bozetti, Bordo Universitetinin dosenti T.C. və UFAZ-ın Neft və qaz proqramı üzrə koordinatoru Fidan Aslanzadə rəhbərlik ediblər.

Təcrübə proqramı mineralogiya, petrologiya, sedimentologiya, çökmə mühitləri, struktur geologiya, geodinamika, hövzə analizi və plitə tektonikası kimi müxtəlif istiqamətləri əhatə edib. Tələbələr, həmçinin, Azərbaycanın geoloji quruluşunun geodinamik təkamülünün müxtəlif mərhələlərini əyani şəkildə öyrənmək imkanı əldə ediblər.

Beşgünlük sahə təcrübəsi çərçivəsində tələbələr Mezozoy dövrünə aid dərin dəniz sistemlərinin formalaşması və təkamülünü, eləcə də onların üzərindəki Paleogen süxurlarını müşahidə ediblər. Bu süxurlara təsir edən struktur xüsusiyyətləri, struktur yerdəyişmələri ilə qarşılıqlı əlaqəsi və Təbaşir dövründən Paleogen dövrünədək Paleo-Xəzər hövzəsinin geodinamik təkamülü ilə əlaqəsi araşdırılıb.

Sahə işləri zamanı tələbələr müxtəlif geoloji kəsilmə və laylanmaları müşahidə edərək onların eskizlərini hazırlayıb, sedimentoloji sütunlar qurub, struktur elementlərin ölçülməsini həyata keçirib və süxurların ətraflı təsvirini aparıblar.

İntensiv sahə işləri ilə yanaşı, tələbələr üçün mühazirə və ya praktik tapşırıqlar təşkil olunub. Bu isə tələbələrə gün ərzində ərazidə apardıqları müşahidələri nəzəri biliklərlə əlaqələndirməyə və geoloji prosesləri daha dərindən təhlil etməyə imkan verib.

field trip to girdiman 2026 by ge team 16
field trip to girdiman 2026 by ge team 15
field trip to girdiman 2026 by ge team 17
field trip to girdiman 2026 by ge team 19
field trip to girdiman 2026 by ge team  2
field trip to girdiman 2026 by ge team  3
field trip to girdiman 2026 by ge team 14
field trip to girdiman 2026 by ge team 4 x
field trip to girdiman 2026 by ge team 6 x
field trip to girdiman 2026 by ge team 7 x
field trip to girdiman 2026 by ge team 8 x
field trip to girdiman 2026 by ge team 9 x
field trip to girdiman 2026 by ge team 13 x