6 gün, 7 saat əvvəl

UFAZ-ın Riyaziyyat klubu Beynəlxalq Pi Gününə həsr olunmuş yarış keçirib

651207820_1597427791917753_1215122344586095773_n math 5

Martın 14-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Beynəlxalq Pi Günü və UFAZ-ın yaradılmasının 10 illik yubileyinə həsr olunmuş "DecaPi" riyaziyyat yarışı keçirilib. UFAZ Riyaziyyat klubu və "PathtoMath" həvəskar riyaziyyatçılar klubunun birgə təşkilatçılığı ilə baş tutan tədbir tələbələr arasında böyük maraqla qarşılanıb.

Yarışda müxtəlif ali təhsil müəssisələrini təmsil edən 14 komanda intellektual mübarizəyə qoşulub. Məşhur “Xəmsə” oyunu formatında keçirilən müsabiqədə əsas şərt sualları həm düzgün, həm də çevik cavablandırmaq olub. Komandalar analitik düşüncə və sürətli reaksiya nümayiş etdirərək çətin riyazi tapşırıqları həll ediblər.

Gərgin keçən bilik mübarizəsinin yekununda ADA Universitetini təmsil edən “Burkina Faso” komandası bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görülüb. Yarışın gümüş medalçısı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “πllionaries” komandası, üçüncü yerin sahibi isə Bakı Mühəndislik Universitetinin (BMU) “Losiento” kollektivi olub.

"DecaPi" yarışının əsas məqsədi tələbələrin riyaziyyata olan marağını stimullaşdırmaq, onlara komanda ruhunu aşılamaq və mürəkkəb problemlərin operativ həlli üzrə bacarıqlarını inkişaf etdirmək olub.

Yarışda yüksək fəallıq nümayiş etdirən hər bir komandanı təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni zirvələr arzulayırıq.

652658637_1597426845251181_3568761834767045393_n math 1
653833580_1597427651917767_73356001878832457_n math 2
654849458_1597427671917765_472687584061417866_n math 3
654832916_1597427738584425_2233312534080185160_n math 4
652332793_1597427835251082_7007030924119090293_n math 6
654243108_1597427908584408_4589288007574426915_n math 6
651270194_1597427968584402_1689904211348081644_n math 7
655505472_1597428005251065_5372305607996638309_n math 8
651210152_1597428058584393_1317977596970927177_n math 9