6 ay, 2 həftə əvvəl
UFAZ Musiqi klubu karaoke günü təşkil etdi

UFAZ Musiqi klubu 16 oktyabr tarixində Karaoke künü keçirib. Bu əyləncəli tədbir UFAZ icmasını — tələbələri, müəllim və işçi heyətini bir araya gətirib.
Tədbir çərçivəsində iştirakçılar öz vokal istedadlarını nümayiş etdiriblər, məşhur mahnıları ifa ediblər və iştirakçılara möhtəşəm bir musiqi ziyafəti bəxş ediblər. Şən və dost mühit tədbirə qatılan hər kəs üçün yaddaqalan bir təcrübə yaratdı, icma ruhunu daha da gücləndirdi.
Bu tədbir musiqinin insanları bir araya gətirmək gücünü nümayiş etdirdi və iştirakçıları Musiqi Klubunun gələcək fəaliyyətləri üçün həvəsləndirdi.



