1 il əvvəl
UFAZ-da yemək dadma günü təşkil edilib

UFAZ-da yemək dadma günü təşkil edilib. Tədbir tələbələr, müəllimlər və əməkdaşlar üçün mədəniyyətlərarası bir keçid rolunu oynayıb. İştirakçılar müxtəlif mətbəxlərdən olan təamların dadına baxıblar. Tədbir universitetin bufetində baş tutub. Yemək dadma gününün keçirilməsində məqsəd müxtəlif mətbəxlərin təamlarını iştirakçılara təqdim etməklə, mədəniyyətlərarası dəyərlərin təbliği və şəbəkələşmə üçün şərait yaratmaqdır.


