1 il, 4 ay əvvəl

UFAZ-ın təşkilatçılığı ilə “Gələcəyin təbəssümlərini gücləndirək!” adlı sosial layihə baş tutub

412761752_951595089834363_241312451989582041_n

Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə “Gələcəyin təbəssümlərini gücləndirək!” adlı sosial layihə baş tutub. “Caspian Entertainment Company” və “McDonalds” şirkətlərinin tərəfdaşlığı ilə baş tutan tədbir çərçivəsində aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum uşaqlar üçün “Kinderland” uşaq əyləncə mərkəzinə ziyarət təşkil edilib. Həmçinin, uşaqlara hədiyyələr təqdim olunub. Layihənin məqsədi aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum uşaqları sevindirmək, onlara yeni il ərəfəsində əyləncə dolu bir gün yaşatmaqdır. Qeyd edək ki, UFAZ müntəzəm olaraq bu cür sosial layihələr həyata keçirməkdədir.

412852821_951595059834366_7041914857847874384_n
412870671_951595063167699_6421290218519798050_n
412789888_951595116501027_920220307793493878_n