3 həftə, 2 gün əvvəl
UFAZ-ın “Psixologiya” klubu “Liderlik psixologiyası” mövzusunda interaktiv sessiya keçirib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Psixologiya” klubu psixoloq Aysel Abdullayevanın rəhbərliyi ilə “Liderin psixologiyası” adlı interaktiv sessiya təşkil edib.
Tədbir zamanı iştirakçılar liderlik tipini müəyyənləşdirmə testində və xəyali ada ssenarisi əsasında keçirilən, komanda ilə sağ qalma oyununda iştirak ediblər. Bu maraqlı fəaliyyətlər tələbələrə şəxsi liderlik xüsusiyyətlərini kəşf etməyə və komanda şəklində qərarvermə bacarıqlarını sınamağa imkan yaradıb.
İnteraktiv müzakirələr və birgə problemlərin həlli sayəsində tələbələr fərqli liderlik üslubları, qərarvermə strategiyaları və effektiv liderliyin psixoloji əsasları haqqında daha dərindən məlumat əldə ediblər.
Sessiya həm maarifləndirici, həm də dinamik atmosferi ilə seçilərək iştirakçılara öz liderlik potensiallarını daha yaxşı dərk etməyə, həmçinin komanda daxilində ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə şərait yaradıb.