11 ay, 2 həftə əvvəl

UFAZ Psixologiya klubu məlumat sessiyası keçirib

111

UFAZ Psixologiya klubu yeni üzvləri cəlb etmək məqsədi ilə məlumat sessiyası keçirib. Tədbir zamanı iştirakçılar üçün iki psixoloji test edilib, gələcək planlar və fəaliyyətlər haqqında müzakirə baş tutub. Tələbələr klubun gələcək fəaliyyəti ilə bağlı təkliflərini, görmək istədikləri fəaliyyətləri səsləndiriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, məlumat sessiyası həm iştirakçılar arasındaa yeni fəaliyyətləri həyata keçirmək üçün motivasiya yaradıb, həm də klub üzvlərinin sayının xeyli artmasına töhfə verib.