4 ay əvvəl

UFAZ nümayəndələri universitetlərdə “Yaşıl Kimya Hakatonu”na dair infosessiyalar keçiriblər

styjtyk

UFAZ nümayəndələri bir sıra ali təhsil müəssisələrində “Yaşıl Kimya Hakatonu” haqqında məlumatlandırma sessiyaları təşkil ediblər. Bu infosessiyalar Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetində keçirilib.

Sessiyalarda UFAZ-ın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Xülya Sabirli hakatonun məqsədləri, əhəmiyyəti və şərtləri barədə ətraflı məlumat verib. Ardınca, UFAZ Kimya mühəndisliyi klubunun nümayəndələri iştirakçıları texniki məsələlər, müraciət qaydaları və hakatonun gedişatı ilə tanış ediblər.

Qeyd edək ki, “Yaşıl Kimya Hakatonu” UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzinin və UFAZ Kimya Mühəndisliyi Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək. 24 saatlıq bu hakatonun məqsədi real həyatda yaşıl kimya ilə bağlı problemlərə innovativ həllər tapmaqdır. Tədbir 12-13 yanvar tarixlərində baş tutacaq və iştirakçılara daha davamlı bir gələcək üçün innovativ layihələr hazırlamaq imkanı yaradacaq.

Hakaton iştirakçılarına həmfikir insanlarla əməkdaşlıq etmək, innovativ layihələr üzərində işləmək və tədbir boyunca peşəkar mentorların rəhbərliyindən yararlanmaq şansı veriləcək. Tədbirin sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaq. Qalib komandalar isə xüsusi mükafatlar uğrunda mübarizə aparacaq: birinci yer üçün 500 AZN, ikinci yer üçün 300 AZN və üçüncü yer üçün 200 AZN məbləğində mükafat təqdim olunacaq.

dyjdty
kuktuku
j,f,
dtgydktk
dtyktuk
srtjsyj
yksdtyk