2 ay, 2 həftə əvvəl
UFAZ Tələbəsi Beynəlxalq Aerokosmik Mühəndislik və Rəqəmsal İnnovasiyalar Forumunda Çıxış Edib!

Fevralın 8-də “Azərkosmos”un Kosmik Akademiyasında Beynəlxalq Aerokosmik Mühəndislik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib. Gəncləri innovativ layihə və yaradıcı ideyalarını nümayiş etdirməyə həvəsləndirmək məqsədi daşıyan tədbir qlobal məsələlərin müzakirəsinə şərait yaradıb. Forumda təcrübəli mütəxəssislərlə yanaşı, gənc innovatorların çıxışlarına da yer verilib.
Azərbaycan-Fransız Universitetinin tələbəsi Suad Əfəndiyeva Gənc Aviatorlar Cəmiyyətinin “Yaşıl İnkişaf” panelində Süni İntellekt və Kibertəhlükəsizlik mövzusunda çıxış edib. O, bu sahədəki əsas çağırış və yeniliklərdən bəhs edib. Azərbaycanda kosmik sahədə tədbirlərin artması və rəqəmsallaşma istiqamətində görülən işlər fonunda forum STEM üzrə təlimlərə xüsusilə fokuslanıb. Sahə mütəxəssislərinin yetişdirilməsinin əhəmiyyətini qabardan tədbir yeni əməkdaşlıqlar və yaradıcı həllər üzərində düşünməyə şərait yaradıb.
UFAZ olaraq tələbəmizi peşəkar fəaliyyətindəki növbəti addımı münasibətilə təbrik edirik!
