1 il əvvəl

UFAZ tələbəsi DAAD təqaüd proqramına qəbul olub

437584296_1031975315129673_4686862086217442122_n

UFAZ-ın 4-cü kurs tələbəsi İbrahim Hüseynzadə Almaniyanın nüfuzlu DAAD təqaüd proqramına qəbul olunub. Proqram onun Almaniyada magistratura pilləsində təhsil xərclərini qarşılayacaq. DAAD tələbələrə Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramıdır. Həmçinin DAAD alman ali məktəblərinin və tələbələrin birliyi kimi tanınan qurumdur.


Qeyd edək ki, İbrahim həmçinin QS Reytinqinə əsasən yer elmləri üzrə dünyada 1 nömrəli ali təhsil müəssisəsi hesab edilən İsveçrə Federal Texnologiya İnstitutunda, həmçinin Delft Texnologiya Universitetində, Edinburq Universitetində və Mançester Universitetində magistratura pilləsinə qəbul olub.