7 ay, 3 həftə əvvəl
UFAZ tələbəsi Hyustonda Tələbə Liderlik Simpoziumunda iştirak edib

UFAZ-ın Geofizika mühəndisliyi proqramının tələbəsi Anar Məhərrəmli, 24 ölkədən olan 38 tələbə arasında Kəşfiyyatçı Geofiziklər Cəmiyyətinin (SEG) səyahət xərclərini tam qarşılayan qrantını əldə edib. Bu qrant ona Chevron tərəfindən sponsorluq edilən Tələbə Liderlik Simpoziumunda (SLS) və Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti ilə Amerika Neftçi Geoloqlar Assosiasiyasının (AAPG) Hyustonda, Texasda birgə təşkil etdiyi IMAGE'24 konvensiyasında iştirak etməyə imkan yaratmışdır.
Bu təcrübə Anara Chevron mütəxəssisləri ilə ünsiyyət qurmaq, sahəyə dair praktiki tapşırıqlarda iştirak etmək və öz fikirlərini sənaye ekspertlərinə təqdim etmək imkanı verib. Bununla yanaşı, Anar IMAGE'24-də də iştirak edərək dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə əlaqə qurmaq və gələcək karyerası üçün dəyərli məsləhətlər verən mentorlarla tanış olmaq şansı qazanıb.


