3 ay, 2 həftə əvvəl
UFAZ tələbəsi Ülkər Zahidli “Parla Təqaüd və İnkişaf” Proqramına seçilib

UFAZ tələbəsi Ülkər Zahidli Parla Təqaüd və İnkişaf Proqramının qaliblərindən biri seçilərək böyük bir uğura imza atıb. Proqrama 791 istedadlı qadın tələbə müraciət edib və Ülkər Zahidli öz əzmkarlığı və potensialı ilə seçilərək qaliblərdən biri olub.
Təhsilin İnkişafı Fondu və NEQSOL HOLDING-in birgə təşkilatçılığı ilə həyata keçirilən Parla Təqaüd və İnkişaf Proqramı gənc qadınları gücləndirmək və onlara fərdi və peşəkar inkişaf üçün xüsusi təlimlərdə iştirak etmək imkanı yaratmaq məqsədini daşıyır. Bu proqram çərçivəsində Ülkər öz karyerasını inkişaf etdirmək və seçdiyi sahədə uğur qazanmaq üçün vacib bilik və bacarıqlar əldə edəcək.
UFAZ tələbələrinin nailiyyətləri ilə fəxr edir və Ülkər Zahidlini bu layiqli mükafat münasibətilə təbrik edirik. Onun uğuru, UFAZ tələbələrinin yüksək potensialını və öz sahələrində təsir yaratmaq üçün göstərdikləri əzmi bir daha vurğulayır.