11 ay, 3 həftə əvvəl
UFAZ tələbəsi Rose-Hulman Texnologiya İnstitutunda ali təhsil üzrə tədqiqatlar proqramına qəbul olunub

UFAZ-ın kimya mühəndisliyi ixtisası üzrə tələbəsi Zaur Budaqov İndiana ştatında yerləşən Rose-Hulman Texnologiya İnstitutunda bakalavr dərəcəsi üzrə tədqiqat proqramına qəbul olunub. Tədqiqat proqramı çərçivəsində Zaur həftəlik 500 dollar məbləğində təqaüdalacaq. Proqram həmçinin onun qalma xərclərini də qarşılayacaq. O, ABŞ-da keçirdiyi müddəti təhsil və tədqiqat işlərinə həsr edəcək. O, Rose-Hulman İnstitutunda təhsil aldığı sahədəki yeniliklərlə tanış olacaq, tədqiqat layihələrində yer alaraq öz töhfələrini verəcək.
Qeyd edək ki, Rose-Hulman Texnologiya İnstitutu 1874-cü ildən bəri fəaliyyət göstərir və Amerika Birləşmiş Ştatlarının mühəndislik sahəsi üzrə ən yüksək reytinqli kolleclərindən biri kimi tanınır. İnstitutun qərbi-mərkəzi İndianada yerləşən kampusu ölkənin ən parlaq STEM istedadlarını bir aya gətirən bir mərkəzdir.