11 ay, 3 həftə əvvəl

UFAZ tələbəsi ICIQ-də yay təqaüd proqramına qəbul olunub

Profile Photo

UFAZ-ın kimya mühəndisliyi proqramı üzrə bakalavr proqramının tələbəsi Orxan Abdullayev kimya sahəsində dünyanın aparıcı tədqiqat mərkəzlərindən biri olan Kataloniya Kimya Tədqiqatları İnstitutunda (ICIQ) yay təqaüd proqramına qəbul olunub. Proqram 10 iyuldan 31 avqusta qədər davam edəcək və Orxan bu müddət ərzində kimyainformatika üzrə tədqiqatlar aparacaq.

Bundan əlavə, Orxan həmçinin Avropa Şurası tərəfindən təşkil edilən 2024-cü il Gənclərin Sülh Düşərgəsinə seçilib. Düşərgə 2 iyuldan 9 iyula qədər Strasburqda keçiriləcək. Proqramın məqsədi Avropanın müxtəlif yerlərindən olan gənc liderləri bir araya toplayaraü sülhü və mədəni müxtəlifliyi təbliğ etməkdir.