1 həftə, 1 gün əvvəl
UFAZ-ın tələbəsi “100% Təqaüd səni çağırır!” pro¬qramının qalibi olub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbəsi Fidan Allahverdiyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “PAŞA Holdinq”in sponsorluğu ilə təşkil edilən “100% Təqaüd səni çağırır!” proqramının qalibi seçilib.
2025-2026-cı tədris ili üçün açılmış “100% Təqaüd səni çağırır!” proqramı “Holberton School”un praktik və layihə əsaslı tədris modelini əhatə edən kurslar təklif edir. Təlim proqramları kompüter elmləri, maşın öyrənməsi, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrini əhatə edir.
Fidan bu təqaüdü maşın öyrənməsi sahəsindəki nailiyyətləri və gördüyü işlər sayəsində əldə edib. Minlərlə iştirakçı arasından seçilməsi onun texnologiyaya olan dərin maraq və bacarığının göstəricisidir. Bu təqaüd ona “Holberton School Azerbaijan”da tam ödənişsiz təhsil almaq imkanı yaradır.