2 ay, 3 həftə əvvəl

UFAZ Tələbəsi "Azercell" Təqaüd Proqramının Qalibi Oldu!

rita for website

"Azercell" in ənənəvi Tələbə Təqaüd Proqramının 2025-ci il üzrə qalibləri açıqlanıb. Tələbələrin akademik uğurlarını vurğulamaq, fərdi inkişaflarını dəstəkləmək və peşəkar fəaliyyətlərini inkişaf etdirmək məqsədilə elan olunan proqramda bu il 350 müraciət daxil olub. Təhsil həyatı üzrə ilkin qiymətləndirmə, ingilis dili bilikləri və qabiliyyət testləri, video müsahibə və texniki müsahibə mərhələlərindən keçən 10 namizəd təqaüd almaq hüququ qazanıb.

Azərbaycan-Fransız Universitetinin Kompüter Elmləri üzrə 4-cü kurs tələbəsi Rita Qayıtmazova da qaliblər arasındadır. O, şirkətdə təcrübə keçmək və telekommunikasiya sahəsində biliklərini artırmaq imkanı əldə edib. Rita Qayıtmazovanı bu möhtəşəm nailiyyəti münasibətilə təbrik edir və peşəkar fəaliyyətində uğurlar arzulayırıq!