2 ay, 2 həftə əvvəl
UFAZ Tələbələri SOCAR-ın Gənc İstedadlar Proqramına Qəbul Olunublar!

Azərbaycan-Fransız Universitetinin Kimya mühəndisliyi üzrə tələbələri Elnurə Qasımova və Lalə Rəhimli, Geologiya və Geofizika mühəndisliyi üzrə tələbələri Nuranə İsayeva, Ləman Bəndiyeva və Anar Məhərrəmli SOCAR-ın Gənc İstedadlar Proqramına seçiliblər.
Seçim mərhələlərini uğurla tamamlayan gənclər SOCAR-ın strukturuna daxil olan müəssisələrdə istehsalat təcrübəsinə cəlb olunacaqlar. Proqrama qoşulanlar peşəkarlarla birlikdə işləyib böyük layihələrdə iştirak edəcəklər. Onlar bu müddətdə praktiki biliklərini artıracaq, korporativ mühit və təşkilati dəyərlərlə tanış olub iş həyatına hazırlaşacaqlar. 2025-ci ilin mart ayında başlaması nəzərdə tutulan 5 aylıq təcrübə proqramının sonunda gənclər işlə təmin olunmaq imkanı əldə edəcəklər.
UFAZ tələbələrini bu nailiyyətləri münasibətilə təbrik edirik!