5 ay, 3 həftə əvvəl

UFAZ tələbələri “Dəmir Ay” təqaüd proqramının qalibləri arasında yer alıb

dfrdrfhdrfhdh

“AQA Şirkətlər Qrupu” tərəfindən yalnız xanımlar üçün nəzərdə tutulmuş “Dəmir Ay” təqaüd proqramının qalibləri sırasında UFAZ-ın istedadlı tələbələri Fəridə Şəkixanlı, Jalə Mustafayeva, Ülkər Nəbi, Lalə Kazımova, Raziyə Hüseynli, Nigar Əzimova və İnci Rzayeva da var. Bu proqram, ölkədə qadınların inkişafını və gələcək uğurlarını dəstəkləmək məqsədilə təsis edilib.

Proqram STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə və tibb sahələrində təhsil alan xanım tələbələrə müraciət imkanı təqdim edir. Qalib gələn tələbələr akademik göstəriciləri əsasında aylıq 250-300 AZN məbləğində təqaüdlə mükafatlandırılır.

Qeyd edək ki, proqramın "Dəmir təqaüd" adlandırılması da simvolik məna daşıyır. Gələcəyin “dəmir xanımları” olan bu tələbələr, Azərbaycanın mənəvi və iqtisadi dəyərlərinə töhfə verəcək güclü liderlər olaraq yetişirlər.