2 ay, 3 həftə əvvəl

UFAZ tələbələri Fransanın elmi laboratoriyalarında təcrübə keçirlər

2bd65455-5bcd-43cd-997d-7ba443615cc7

UFAZ-ın 17 tələbəsi Fransada 2024-2025-ci tədris ilinin yaz semestrini əhatə edən təcrübə proqramında iştirak etmək haqqı qazanıb. Kimya informatikası, geofizika mühəndisliyi, kimya mühəndisliyi və kompüter elmləri üzrə magistratura təhsili alan tələbələr müxtəlif laboratoriyalarda sahə biliklərini artırırlar. Xarici mütəxəssislərin rəhbərliyi altında olan tələbələr onların çoxillik təcrübələrindən yararlanmaq imkanı əldə ediblər. Təcrübə müddətində tələbələr aylıq təqaüdlə təmin olunurlar.

Təcrübə keçən tələbələr:

  1. Sətdar Məmmədov
  2. Vəfa Piriyeva
  3. Gülnar Qurbanova
  4. Fərqan Mirzəyev
  5. Aynur Yusifova
  6. Fərəh Nəbiyeva
  7. Əli Quliyev
  8. Vüsal İsayev
  9. Saleh Ələkbərzadə
  10. Əli Novruzov
  11. Xanım Sultanlı
  12. Fərhad Əzimov
  13. Kənan Qurbanov
  14. Səyarə Həsənova
  15. Rəvan İskəndərov
  16. Arzuman Həsənov
  17. Cavid Məcidzadə

UFAZ-ın tələbələrinə təhsil həyatlarının növbəti dövründə uğurlar arzulayır, Fransadan yeni yaradıcılıq hədəfləri ilə qayıtmaqlarını diləyirik!