10 ay, 3 həftə əvvəl
UFAZ tələbələri "France Excellence" təqaüd proqramına seçiliblər

UFAZ-ın Kimya mühəndisliyi proqramının tələbəsi Könül Ağayeva və Kompüter elmləri proqramının tələbəsi Məhəmməd Nuriyev Fransa səfirliyi tərəfindən təklif olunan "France Excellence" təqaüd proqramına layiq görülüb. Məlumat üçün bildirək ki, hər il Azərbaycandan 5 tələbə bu nüfuzlu proqram üçün seçilir. "France Excellence" təqaüd proqramı seçilmiş tələbələrə 10 ay müddətində Fransada təhsil almaq imkanı təklif edir. Tələbələr hər ay 860 avro məbləğində təqaüd alacaqlar. Bundan əlavə, 28 yaşdan aşağı olan tələbələr sosial yardımdan yararlana biləcəklər.