3 həftə, 2 gün əvvəl

UFAZ-ın tələbələri “Əlaçı” təqaüdünə layiq görülüblər

elachi scholar 1

“PAŞA Holding” istedadlı gənclərin peşəkar və şəxsi inkişafına dəstək məqsədilə həyata keçirdiyi “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üzrə qaliblərini elan edib. Azərbaycan-Fransız Universitetinin “Kompüter elmləri” ixtisasında təhsil alan Azərin Salahova və Kamal Yalçın bu nüfuzlu təqaüdün qalibləri sırasına daxil olublar.

“Əlaçı” 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən birillik təqaüd proqramıdır. Layihə çərçivəsində iştirakçıları 3 aylıq şəxsi inkişaf marafonu, oflayn təlimlər, fərdi mentorluq, karyera simulyasiyası, netvörkinq görüşləri və “PAŞA Holding” və “PAŞA Qrup” şirkətlərinin mütəxəssisləri ilə görüşlər gözləyir.

Proqramın əsas məqsədi yüksək akademik nəticələrə malik və sosial layihələrdə, könüllü fəaliyyətlərdə aktiv olan gəncləri dəstəkləməkdir. Seçilən tələbələr iqtisadiyyat, hüquq, informasiya texnologiyaları, maliyyə, beynəlxalq münasibətlər, davamlı inkişafın idarə edilməsi və digər ixtisaslar üzrə təhsil alan gənclər arasından seçiliblər.

Bu il “Əlaçı” proqramına 3180-dən çox tələbə müraciət edib, onlardan cəmi 100 nəfər təqaüdə layiq görülüb. UFAZ tələbələrini də bu siyahıda yer almaları münasibətilə təbrik edirik!

elachi scholar2
elachi scholar 3