11 ay, 1 həftə əvvəl

UFAZ tələbələri konsert proqramı keçirib

tyjtyjj

23 may tarixində UFAZ Musiqi klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Optimizm sədaları” adlı konsert proqramı baş tutdu. Tədbirin əsas məqsədi iştirakçılara sevinc, xoşbəxtlik, həyəcan və optimizm bəxş etmək idi.

Tədbir ADNSU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Vəzəh Əsgərovun açılış nitqi ilə başladı. O, tələbələrin təşəbbüsünü alqışlayaraq iştirakçılara uğurlar arzuladı. Daha sonra, UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova çıxış edərək, bu cür mədəni tədbirlərin tələbələrin şəxsi inkişafına böyük töhfələr verdiyini vurğuladı. Ardınca, Strasburq Universitetinin prorektoru və UFAZ-ın koordinatoru Jan Mark Planex də çıxış edərək, tələbələrin təşəbbüsünü müsbət qiymətləndirdiyini bildirib.

Konsertdə tələbələr tərəfindən müxtəlif janrlarda ifalar, o cümlədən Azərbaycan, İngilis və Fransız dillərində mahnılar səsləndirildi. Tələbələr oxuma, rəqs etmə və müxtəlif musiqi alətlərində ifa etmə bacarıqlarını nümayiş etdirərək, sevinclə dolu bir atmosfer yaratdılar. Bu tədbir ənənəvi konsert proqramından daha çox, nikbin, müsbət əhval-ruhiyyənin yaradıcı ruhdakı ifadə tərzi kimi yadda qaldı.

Sonda xatirə şəkli çəkdirildi.

tyjtyj (2)
tyjtjtj
tyj
tyjt
tyjtyj