3 həftə, 1 gün əvvəl

UFAZ tələbələri Qırməki dərəsində çöl təcrübəsində iştirak ediblər

1 field trip kirmaki

Oktyabrın 23-24-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) Yer Elmləri Departamentinin üzvləri tələbələri Kirmaki vadisində çöl təcrübəsinə aparıblar. Dr. Gilyermo Bozettinin rəhbərliyi və UFAZ-ın müəllimləri – Dr. Lukas Bofil, Fidan Aslanzadə və Arzu Əliyevanın dəstəyi ilə “Geologiya və geofizika mühəndisliyi” ixtisasının 4-cü kurs, “Neft və qaz mühəndisliyi” ixtisasının isə 3-cü kurs tələbələri praktik biliklər qazanıblar.

Kirmaki vadisində baş tutan çöl təcrübəsi çöküntü süxurlarının necə yarandığını öyrənməyə həsr olunub. Tələbələr əvvəlcə süxur fasiyalarını, yəni süxurların hansı təbii şəraitdə formalaşdığını təsvir ediblər. Daha sonra çöküntü sütunu (sedimentary log) quraraq müşahidə etdikləri süxur laylarının ardıcıllığını və xüsusiyyətlərini qrafik şəkildə qeyd ediblər. Onlar həmçinin çöküntü xüsusiyyətlərini müəyyənləşdirib, layların stratiqrafik ölçülməsini aparıblar. Bununla yanaşı, çöküntü strukturlarını, yəni su və ya küləyin təsiri ilə yaranan təbii izləri təhlil ediblər. Bu müşahidələr nəticəsində tələbələr qədim çökmə mühitlərini bərpa etməyi öyrənib, Yer qabığının tarixi və geoloji proseslər haqqında daha dərin biliklər qazanıblar.

Müəllimlər dərs prosesinin praktik hissəsində tələbələrə dəstək göstərib, onların komanda şəklində işini müşahidə edib, sahədə aparılan ölçmə və müşahidələr zamanı izahlar veriblər. Sahə təcrübəsi tələbələrə nəzəri biliklərini real geoloji şəraitdə tətbiq etmək, süxur müşahidəsi və təhlili bacarıqlarını təkmilləşdirmək imkanı yaradıb.

2 field trip kirmaki
3 field trip kirmaki
4 field trip kirmaki
5 field trip kirmaki
6 field trip kirmaki
7 field trip kirmaki
8 field trip kirmaki
9 field trip kirmaki
10 field trip kirmaki
11 field trip kirmaki
12 field trip kirmaki
13 field trip kirmaki
15 field trip kirmaki
14 field trip kirmaki
16 field trip kirmaki