2 ay, 2 həftə əvvəl

UFAZ Tələbələri “IADC Drilling Caspian 2025” Sərgi-Konfransında İştirak Ediblər!

thumbnail_1000083591

Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) təşkil etdiyi “IADC Drilling Caspian 2025” qazma sərgisi və konfransı baş tutub. Sənaye liderləri və qazma mütəxəssisləri sahə problemlərinin müzakirəsi və təcrübə mübadiləsi üçün bir araya gəliblər. Tədbirdə qazmanın avtomatlaşdırılması, texnoloji nailiyyətlər, texniki inkişafın tematik tədqiqatları və neft-qazın Xəzər regionuna təsiri təqdim olunub. Sərgi-konfransda təhlükəsizlik, sağlamlıq, əmək və ətraf mühitin mühafizəsi göstəricilərinin yaxşılaşdırılması üçün yeni alət və praktiki həllər barəsində məlumat verilib.

Azərbaycan-Fransız Universitetinin Geofizika mühəndisliyi üzrə magistratura tələbələri Yasmin Babazadə və Emil Babaşov, Neft-qaz mühəndisliyi üzrə bakalavr tələbələri Nihad Məmmədov, Aysu Bodurova və Nigar Əzimova tədbirdə iştirak ediblər. Onlar sərgi-konfransda neft-qaz sənayesinin aparıcı mütəxəssisləri ilə görüşmək, texnoloji yeniliklər və sənaye trendləri haqqında məlumat almaq imkanı əldə ediblər. Tədbirdə qazandıqları təcrübələrin UFAZ tələbələrini peşəkar fəaliyyətlərində irəliyə daşıyacağına ümid edirik.

IMG_1970