11 ay əvvəl
UFAZ tələbələri Rumıniyada AUF-in simpoziumuna seçilib

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Cavid Rəhimov və Könül Ağayeva Gənc Frankofon Laureatlar Simpoziumunda iştirak etmək üçün seçilib. Bu əhəmiyyətli tədbir AUF-in Mərkəzi və Şərqi Avropa üzrə regional şöbəsinin 30 illik yubileyi münasibətilə keçiriləcəkdir.
Simpozium 1-5 iyul tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində baş tutacaqdır. Tədbir dayanıqlı inkişaf və layihə idarəçiliyinə marağı olan tələbələr üçün şəbəkələşmə, ideyaları paylaşmaq və faydalı təcrübə qazanmaq baxımından əlamətdar bir fürsətdir. Seçilən iştirakçıların xərcləri qarşılanacaq.
Cavid və Könül 5 gün ərzində Rumıniyada dayanıqlı inkişaf təşəbbüslərini təşviq etməyə yönəlmiş seminarlar, müzakirələr və birgə layihələrdə iştirak edəcəklər.