6 ay, 3 həftə əvvəl

UFAZ tələbələri NASA Space Apps Baku 2024 müsabiqəsində 1-ci və 3-cü yerləri qazanıb

yutic

UFAZ tələbələri NASA Space Apps Baku 2024 müsabiqəsində uğur qazanaraq, bu nüfuzlu qlobal yarışmada həm birinci, həm də üçüncü yerləri əldə edib.

UFAZ tələbələri Kamal Əhmədov, Pavel Kuznetsov, Suad Əfəndiyeva, Rəna Əliyeva və Tamerlan İmanovdan ibarət "AARDVARK" komandası birinci yerin qalibi olub. Onların qalib layihəsi istifadəçilərə adambaşına düşən şəxsi karbon dioksik miqdarını və yerli istixana qazları barəsində məlumatları monitorinq etməyə imkan verən demo tətbiqidir. Bu tətbiq fərdi hərəkətləri qlobal iqlim dəyişikliyi üçün mühüm töhfəyə çevirməyi hədəfləyir. Onların innovativ həlli NASA Space Apps müsabiqəsinin qlobal mükafatlarına da namizəd göstərilib.

Bundan əlavə, UFAZ tələbələri Məryəm Babayeva, Nail Şəmsudinov, Novruz Cuvarlinski və ADA Universitetinin magistr tələbəsi Abdulla Axundzadədən ibarət olan "Avant Garde" komandası müqabiqədə üçüncü yeri tutub.

Qeyd edək ki, NASA Space Apps, 185 ölkəni əhatə edən və 60 mindən çox tələbə və iştirakçını bir araya gətirən qlobal miqyaslı bir müsabiqədir. Bu, istedadlı fərdlərin müxtəlif sahələrdə əməkdaşlıq edərək NASA tərəfindən qarşıya qoyulan real problemləri həll etmələri və gələcək üçün təsirli həll yolları yaratmaları üçün həyəcanverici bir platforma təklif edir.

asas (2)
dfhh
ckjcj