6 ay, 1 həftə əvvəl
UFAZ tələbələri "Əlaçı" təqaüdünü qazanıblar

UFAZ Kompüter elmləri proqramının tələbələri Əziz Zeynallı, Nihat Babayev və Ayan İsmayılova PAŞA Holding tərəfindən 2024-2025 tədris ili üçün nəzərdə tutulan "Əlaçı" təqaüdü ilə təltif olunublar. Onlar təxminən 3,000 ərizə verən arasından seçilərək 110 qalibdən biri olublar.
Qeyd edək ki, PAŞA Holding və PAŞA Sığorta tərəfindən birgə təklif olunan "Əlaçı" təqaüd proqramı yalnız aylıq təqaüd verməklə kifayətlənmir, eyni zamanda peşəkar inkişafı dəstəkləyən dəyərli mentorluq və şəbəkələşmə imkanlarını da təqdim edir. Bu proqram üçüncü və ya dördüncü kurs bakalavr tələbələrini əhatə edən bir illik bir təqaüd proqramıdır. 2024-2025 tədris ilini əhatə edən bu proqram uğurla qeydiyyatdan keçən tələbələrə aylıq təqaüdlə mükafatlandırmağı nəzərdə tutur. Maliyyə dəstəyinə əlavə olaraq, qaliblər şəxsi və karyera inkişafına yönəlmiş təlim proqramları, karyera məsləhətləri, mentorluq və şəbəkələşmə tədbirlərindən də faydalanacaqlar.

