4 ay, 1 həftə əvvəl

UFAZ müəllimi Nigar Alışzadənin ilk Azərbaycan jest dili məlumat bazasını (AzSLD) təqdim edən məqaləsi Elsevier-də nəşr olunub

AzSLD

Azərbaycan-Fransız Universitetinin (UFAZ) kompüter elmləri müəllimi Nigar Alışzadənin Cəmaləddin Həsənovla birlikdə yazdığı ilk Azərbaycan İşarə Dili Məlumat Bazasını (AzSLD) təqdim edən məqaləsi Elsevier-də nəşr olunub.

“AzSLD: Azərbaycan Jest Dili üçün əlifba, söz və cümlə tərcüməsi məqsədilə yaradılmış məlumat bazası və proqram təminatı” adlı məqalə ilk Azərbaycan jest dili məlumat bazasını təqdim edir.

Bu məlumat bazası Azərbaycanda eşitmə qüsurlu icmanı dəstəkləmək məqsədi daşıyır və əlifba, söz və cümlələrdən ibarət 30,000 annotasiya edilmiş videonu əhatə edir. Qeyd edək ki, təqdim edilən məlumat müxtəlif iştirakçılardan toplanmış və daha yaxşı vizual keyfiyyət üçün iki kameradan istifadə edilərək çəkilmişdir.

AzSLD və onun mənbə kodu açıq şəkildə əlçatandır və tədqiqatçılar və inkişaf etdiricilər üçün işarə dili tanıma və tərcümə texnologiyalarını inkişaf etdirmək üçün mühüm bir resurs rolu oynayır.