2 gün, 10 saat əvvəl

UFAZ-ın müəlliminin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

615341735_1539251891068677_3788814067664027391_n lucas 1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) müəllimi, Strasburq Universitetinin dosenti Lukas Bofilin məqaləsi Q1 kateqoriyalı “Geothermics” jurnalında dərc olunub. Onun əsas araşdırma sahələri arasında çöküntü mühitlərinin, yeraltı su ehtiyatlarının heterogenliklərinin qiymətləndirilməsi, həmçinin onların keyfiyyət və miqdar baxımından tədqiqi yer alır.

“Çıxıntılardan yeraltı su axınına: Şərqi Fransadakı Aşağı Trias qumdaşlarında gözardı edilmiş heterogenliyin təsiri” adlı məqalədə Lower Grès Vosgien formasiyası və burada yerləşən litiumla zəngin geotermal duzlu su ehtiyatları araşdırılıb. Lukas Bofil və komandası bu çöküntü qatlarının depozisiya və diaqenez prosesləri nəticəsində yaranan heterogenliyinin suvarma və geotermal enerji məqsədləri üçün vacib olan yeraltı su axın modellərinə təsirini qiymətləndiriblər.

Tədqiqat rəqəmsal çıxıntı modelləri və sedimentoloji analizlər vasitəsilə su axınının və makrodispersiyanın necə dəyişdiyini, həmçinin heterogenliyin sadələşdirilməsinin nəticələrə necə təsir etdiyini göstərir. Nəticələrə əsasən, çay və külək mənşəli qumdaşların fərqləndirilməsi su axını və makrodispersiya modellərində kritik rol oynayır və səhv sadələşdirmələr preferensial axın yollarının və ilk hissəciklərin çatma vaxtının düzgün qiymətləndirilməməsinə səbəb olur.

Bu araşdırma yeraltı suların idarə olunması və enerji keçidi strategiyalarının dəstəklənməsi baxımından əhəmiyyətli olan sedimentoloji biliklərin roluna xüsusi diqqət çəkir.

615820432_1539251881068678_7580205565747181425_n lucas 2