2 gün, 2 saat əvvəl

UFAZ-ın “Nexora” komandası IDDA Hakatonunda birinci yeri tutub!

589900318_1500072441653289_7504450605082411253_n s1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət “Nexora” komandası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən IDDA Hakatonunda qalib gəlib.

Fintek innovasiya marafonu tələbə, sahibkar və texnologiya həvəskarlarını bir araya gətirərək aktual maliyyə problemlərinə həll yolları axtarmağa imkan yaradıb. Tədbir həm Azərbaycanda növbəti fintek startap dalğası üçün platforma formalaşdırıb, həm də yaradıcı biznes ideyalarının real həllərə çevrilməsini təşviq edən ekosistemin qurulmasına töhfə verib. Bununla yanaşı, yüksək potensiallı gənclərin aşkarlanması və innovativ ideyaların sınaqdan keçirilməsi üçün əlverişli şərait təmin edilib.

48 saatlıq intensiv hakatonda UFAZ tələbələri yüksək yaradıcılıq, problem həll etmə, test etmə və çevik düşünmə bacarıqlarını nümayiş etdiriblər. Fidan Allahverdiyeva, Nəzrin Əliyeva, Asiman İsmayılova və Səmra Abdullayevadan ibarət “Nexora” komandası göstərdiyi performansla rəqiblərindən fərqlənərək birinci pillədə qərarlaşıb.

İlk üç yeri tutan komandalar IDDA İnkubasiya Proqramına birbaşa keçid imkanı qazanıblar. Proqram çərçivəsində onlar layihələrini daha da inkişaf etdirmək üçün strukturlaşdırılmış dəstək, mentorluq və müxtəlif resurslar əldə edəcəklər.

Yaradıcılıq və əzmkarlıq nümayiş etdirərək qazandıqları bu uğura görə UFAZ tələbələrini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

587113593_1500072424986624_7489228567315877598_n s2
586420768_1500072428319957_1793225326147305557_n s3
589362606_1500072438319956_1056541043781517610_n s4
586926550_1500072411653292_4217942770338358928_n s5
589424084_1500072434986623_5394993001896033640_n s6