Tədqiqat
UFAZ-da tədqiqat fəaliyyəti Azərbaycan elminin inkişafına xidmət edən beynəlxalq standartlara uyğun elmi mühitin formalaşdırılmasını hədəfləyir. Universitetin tədqiqat missiyası aşağıdakı üç əsas prinsip üzərində qurulub:
- Azərbaycan elmini inkişaf etdirərək beynəlxalq səviyyəyə çıxarmaq;
- Azərbaycan-Fransız akademik əməkdaşlığını gücləndirmək və genişləndirmək;
- STEM sahələrində qabaqcıl, multidisiplinar və yüksək təsirli tədqiqatlar aparmaq.
Bu prinsiplərin həyata keçirilməsi məqsədilə 2021-ci ildə UFAZ-da Tədqiqat Departamenti yaradılmışdır.