Karyera Mərkəzi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) 2020-ci ildə Frankofoniya Universitetlər Agentliyinin (AUF) tam hüquqlu üzvü seçilmişdir. AUF-in təşəbbüsü ilə 2022-ci ilin iyun ayından etibarən UFAZ-da Karyera Mərkəzi fəaliyyət göstərməkdədir. UFAZ Karyera Mərkəzinin fəaliyyəti aşağıdakı bir sıra mühüm istiqamətləri əhatə edir.

Karyera konsultasiyaları

career center - konsultasiya fotosu
  • Fərdi sessiyalarda karyera seçimləri araşdırılır, məqsədlər təyin edilir və fəaliyyət planları hazırlanır.
  • CV/rezüme yoxlaması prosesində iş və təcrübə imkanlarına müraciət materialları təkmilləşdirilir.
  • İmitasiya müsahibələr zamanı müsahibə bacarıqları təcrübədən keçirilir və inkişaf etdirilir.
  • Karyera qiymətləndirmələri və şəxsiyyət testləri zamanı müraciətçilərin güclü tərəfləri, maraqları və karyera üstünlüklərini aydınlaşdırılır.

İş və təcrübə dəstəyi

iş imkanları üzrə karyera üçün
  • İş və təcrübə imkanlarını tapmaq üçün tövsiyələr və resurslar təklif olunur.
  • Müraciətçilərin məşğulluğunun təmin olunması məqsədilə işəgötürənlərlə əməkdaşlıq edilir.

Bacarıqların inkişafı üzrə təlimlər

karyera üçün soft skills tlimindən foto
  • Texniki və yumşaq bacarıqların təkmilləşdirilməsi üçün seminarlar, təlimlər və texniki treninqlər keçirilir.
  • Tibbi maarifləndirmə sessiyaları təşkil edilir.

Şəbəkələşmə və işəgötürənlərlə əlaqə

şirkətlərlə görüşlərdən karyera mərkəzi
  • Şəbəkələşmə tədbirləri, şirkətlərlə əməkdaşlıq görüşləri və illik karyera sərgiləri keçirilir.
  • SLB, BP, "Technip Energies", "Total" və "Halliburton" da daxil olmaqla 100-dən çox yerli və beynəlxalq şirkət və təşkilatla əməkdaşlıq edilir.
  • Tələbələrlə məzunlar arasında mentorluq, konsultasiya və şəbəkələşmə imkanları yaradılır.

Karyera Sərgiləri

2021-ci ildən UFAZ-da illik Karyera Sərgisi keçirilir. Bu sərgilərdə müxtəlif yerli və beynəlxalq şirkətlər iştirak edərək tələbə və məzunlar üçün iş və təcrübə imkanlarını təqdim edir. Həm UFAZ, həm də ADNSU tələbələri burada şirkətlərlə birbaşa tanış olmaq, karyera seçimlərini müəyyənləşdirmək və peşəkar əlaqələr qurmaq şansı əldə edirlər.

5 karyera sərgisi ufazda
  • 2025-ci il, noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə ənənəvi karyera sərgisi baş tutub.
4 karyera sərgisi ufazda
  • 2024-cü il, dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində UFAZ və ADNSU tələbələri üçün karyera sərgisi keçirilib.
3 karyera sərgisi ufazda
  • 2023-cü il, dekabrın 1-də Azərbaycan-Fransız Universitetində (UFAZ) çoxsaylı şirkətlərin iştirakı ilə 3-cü dəfə karyera sərgisi təşkil edilib.
2 karyera sərgisi ufazda
  • 2022-ci il, noyabrın 25-də Azərbaycan-Fransız Universitetində (UFAZ) bir neçə şirkətin iştirakı ilə növbəti karyera sərgisi baş tutub.
1 karyera sərgisi ufazda
  • 2021-ci il, oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk dəfə olaraq Azərbaycan-Fransız əmək və karyera sərgisi keçirilib.