Tələbə klubları

UFAZ Tələbə Şurasının nəzdində fəaliyyət göstərən tələbə klubları universitet administrasiyasının davamlı dəstəyi ilə tələbələr tərəfindən idarə olunur. Bu birliklər tələbələrin fərdi, yaradıcılıq və liderlik bacarıqlarını üzə çıxararaq dərsdənkənar fəaliyyətlər üçün ideal mühit formalaşdırır.

Tələbələr klublara qoşulmaqla onlara maraqlı olan məsələləri araşdırmaq, yeni biliklər əldə etmək, dəyərli fəaliyyətlərdə iştirak etmək fürsəti qazanırlar. Bu isə onlara həm ixtisasyönümlü, həm də müstəqil mövzularda təlim, seminar, praktik iş və digər tədbirləri təşkil etməyə imkan yaradır. Tələbə assosiasiyaları universitet həyatının əhəmiyyətli hissəsini təşkil edərək şəbəkələşmə, əməkdaşlıq və icma daxilində güclü əlaqələrin qurulması üçün platformanə təmin edir.

🎵 Musiqi klubu

Musiqi klubu musiqiyə maraq göstərən tələbələri bir araya gətirərək onlara istedadlarını nümayiş etdirmək və birgə çıxışlar təşkil etmək imkanı yaradır. Üzvləri vokal, musiqi alətlərində ifa, bəstəkarlıq və rəqs sahələrində öz bacarıqlarını inkişaf etdirirlər. Klub mütəmadi olaraq tədbirlər, “Open mic” günləri və canlı konsertlər təşkil edir.

Klub sədri: Nuru Qasımov
Email: n.gasimov@ufaz.az

🧠 Psixologiya klubu

Psixologiya klubu insan davranışı və psixi sağlamlıq mövzuları ilə maraqlanan tələbələr üçün müzakirə və öyrənmə mühiti formalaşdırır. Klub seminar, təlim və ekspert görüşləri vasitəsilə müxtəlif psixoloji mövzuları araşdırır, mental sağlamlıq üzrə maarifləndirici tədbirlər təşkil edərək rahat və inklüziv mühit formalaşdırır.

Klub sədri: Mədinə Cəfərzadə
Email: m.jafarzada@ufaz.az

💻 Proqramlaşdırma klubu

Proqramlaşdırma klubu kodlaşdırma, alqoritmlər və proqram təminatı ilə maraqlanan tələbələri bir araya gətirir. Klub üzvləri üçün hakatonlar, proqramlaşdırma yarışları və birgə layihələr təşkil olunur. Bundan əlavə, klub texnologiya sahəsinin mütəxəssisləri ilə bir araya gələrək şəbəkələşmə imkanları yaradır.

Klub sədri: Nadir Əzizov
Email: n.azizov@ufaz.az

🤖 Robototexnika klubu

Robototexnika klubu yaradıcılığı və texniki innovasiyanı təşviq edir. Klub üzvləri robotların dizaynı və hazırlanması ilə məşğul olur, beynəlxalq və regional müsabiqələrdə iştirak edir, eyni zamanda, multidisiplinar layihələr həyata keçirirlər. Tələbə birliyi mühəndislik və proqramlaşdırma bacarıqlarını praktik şəkildə inkişaf etdirmək üçün mühit formalaşdırır.

Klub sədri: Fidan Allahverdiyeva
Email: f.allahverdiyeva@ufaz.az

🏎️ “Formula 1” klubu

“Formula 1” klubu yarış və mühəndisliyə maraq göstərən avtomobil idmanı həvəskarlarını birləşdirir. Klub yarışların izlənməsi və analiz olunması üzrə tədbirlər, F1 texnologiyaları və strategiyalarına dair müzakirələr və komandaların performansı barəsində debatlar təşkil edir. Klub avtomobil idmanı dünyasına marağı olan tələbələr üçün ideal platformadır.

Klub sədri: Murad Ağayev
Email: m.aghayev@ufaz.az

🏋️‍♂️ Fitnes klubu

Fitnes klubu tələbələr arasında fiziki aktivliyi və sağlam həyat tərzini təşviq edir. Klub mütəmadi olaraq idman məşğələləri, qrup təlimləri təşkil edir. Tələbə birliyi yeni başlayanlardan tutmuş təcrübəli idmançılaradək - hər kəs üçün motivasiyaedici mühit formalaşdırır.

Klub sədri: Elnur Haqverdiyev
Email: e.hagverdiyev@ufaz.az

🌌 3A astrofizika klubu

3A astrofizika klubu kainatın sirlərinə maraq göstərən tələbələri bir araya gətirir. Klub diskussiya, ulduz müşahidələri və seminarlar vasitəsilə astrofizikaya dair mövzuları araşdırır. Üzvlər elmi debatlarda iştirak edir, tədqiqat layihələrinə qoşulur və kosmos haqqında biliklərini genişləndirirlər.

Klub sədri: Nigar Əhmədova
Email: n.ahmadova@ufaz.az

🏐 Voleybol klubu

Voleybol klubu komanda idman növlərinə maraq göstərən tələbələr üçün yaradılıb. Tələbə birliyi mütəmadi məşqlər, dostluq oyunları və universitet turnirləri təşkil edir. Klub həm idman bacarıqlarının inkişafı, həm də komanda ruhunun formalaşdırılması üçün ideal fürsət təklif edir.

Klub sədri: Davud Qurbanov
Email: d.gurbanov@ufaz.az

🛢️ Neft mühəndisliyi və geofizika klubu

Neft mühəndisliyi və geofizika klubu bu sahələrə maraq göstərən tələbələr üçün nəzərdə tutulub. Klub texniki seminarlar, sahə mütəxəssisləri ilə görüşlər və sənaye yönümlü layihələr təşkil edir. Eyni zamanda, tələbələrin peşəkar mentorlarla əlaqə qurmasına şərait yaradır.

Klub sədri: Kamal Əlizadə
Email: k.alizada@ufaz.az

🧩 “Olympus Mind” intellektual oyunlar klubu

İntellektual oyunlar klubu tələbələrin biliklərini və məntiqi bacarıqlarını inkişaf etdirmək məqsədilə viktorinalar, beyin oyunları və maraqlı yarışlar təşkil edir. Klub həm rəqabətli, həm də əyləncəli öyrənmə mühiti yaradır.

Klub sədri: Siyavuş Süleymanov
Email: s.suleymanov@ufaz.az

⚗️ Kimya mühəndisliyi klubu

Kimya mühəndisliyi klubu tələbələrin bu sahədə elmi və peşəkar inkişafını dəstəkləyir. Klub laboratoriya təcrübələri, sənaye müəssisələrinə səfərlər və tədqiqat layihələri təşkil edir. Üzvlər sahə mütəxəssisləri ilə görüşərək gələcək karyera imkanları ilə yaxından tanış olurlar.

Klub sədri: Nəzrin Əlihümbətova
Email: n.alihumbatova@ufaz.az

🌿 Ekologiya klubu

Ekologiya klubu ətraf mühitin qorunması və dayanıqlı həyat tərzinin təşviq olunması məqsədilə fəaliyyət göstərir. Klub təmizlik aksiyaları, maarifləndirici seminarlar və ağacəkmə təşəbbüsləri həyata keçirir. Üzvlər ətraf mühitə dair məsuliyyətli davranış və ekoloji dəyərləri təbliğ edirlər.

Klub sədri: Səmirə Sultanova
Email: s.sultanova@ufaz.az

🎨 İncəsənət klubu

İncəsənət klubu rəsm, heykəltaraşlıq, tətbiqi incəsənət kimi müxtəlif yaradıcılıq sahələri ilə maraqlanan tələbələr üçün formalaşdırılıb. Klub praktik sessiya, sərgi və mədəni tədbirlər təşkil edərək tələbələrin yaradıcılığını nümayiş etdirməsinə şərait yaradır.

Klub sədri: Setayeş Rəhimli
Email: s.rahimi@ufaz.az

🐾 Heyvanlara qayğı klubu

Heyvanlara qayğı klubu həm universitetdə, həm də icma daxilində həm universitet daxilində, həm də ictimaiyyət arasında heyvanların rifahının qorunmasını və ev heyvanlarının məsuliyyətlə saxlanılmasını təşviq edir. Klub fəaliyyətlərinə yerli heyvan sığınacaqlarına səfərlər, yemək və ləvazimat toplama kampaniyalarının təşkili, eləcə də heyvan sağlamlığı və hüquqları ilə bağlı maarifləndirici seminarların keçirilməsi daxildir. Tələbə birliyi heyvanlara qarşı mehriban və qayğıkeş münasibətin vacibliyini təbliğ edir və tələbələr üçün praktik könüllü fəaliyyət imkanları təqdim edir.

Klub sədri: Asiman İsmayılova
Email: a.ismayilova1@ufaz.az

🕊️ UFAZ MUN klubu (Model United Nations)

UFAZ MUN klubu diplomatiya, debat və siyasətə maraq göstərən tələbələri bir araya gətirir. Klub danışıqlar və debat bacarıqlarını inkişaf etdirmək üçün ideal platformadır. Tələbə təşkilatı böyük auditoriyalar üçün konfransların təşkili ilə məşğuldur.

Klub sədri: Hüseyn Əsədov
Email: h.asadov@ufaz.az

🔬 Kimya klubu

Kimya klubu bu elmə maraq göstərən tələbələr üçün nəzərdə tutulub. Klub laboratoriya məşğələləri, elmi layihələr və praktik təcrübələr vasitəsilə üzvlərin bilik və bacarıqlarını dərinləşdirir. Burada tələbələr tənqidi düşünmə, komanda işi və yaradıcılıq bacarıqlarını inkişaf etdirirlər.

Klub sədri: Ərşad Hüseynzadə
Email: a.huseynzada@ufaz.az

➗ Riyaziyyat klubu

Riyaziyyat klubu elmin universal dili olan riyaziyyata maraq göstərən tələbələri bir araya gətirir. Klub məsələ həlli sessiyaları, interaktiv seminarlar və yarışlar təşkil edir. Üzvlər analitik düşünmə və komanda bacarıqlarını inkişaf etdirərək riyaziyyatın gündəlik həyatda necə tətbiq olunduğunu kəşf edirlər.

Klub sədri: İsa İbadov
Email: i.ibadov@ufaz.az

🏀 Basketbol klubu

Basketbol klubu komandada işləmə və rəqabət ruhuna maraq göstərən tələbələri bir araya gətirir. Klub məşqlər, dostluq oyunları və turnirlər təşkil edir. Bütün səviyyələrdən oyunçular - yeni başlayanlardan təcrübəlilərədək bu kluba qoşularaq həm bacarıqlarını, həm də komanda ruhunu inkişaf etdirə bilərlər.

Klub sədri: Əkbər Qasımov
Email: a.kazimov@ufaz.az

🌍 Yer və planet elmləri klubu

Yer və planet elmləri klubu planetimiz və kainatın dərinliklərini öyrənməyə maraq göstərən tələbələri birləşdirir. Klub geologiya, geofizika, ətraf mühit və planet elmləri üzrə mövzuları araşdırır. Üzvlər seminar, sahə səfərləri və elmi müzakirələr vasitəsilə praktik biliklər əldə edir, təbiət hadisələrini öyrənirlər. Məqsəd tələbələrdə elmə marağı artırmaq, ekoloji düşüncə tərzini formalaşdırmaq və fərqli sahələrdən olan tələbələri əməkdaşlığa təşviq etməkdir.

Klub sədri: İlham Məmmədzadə
Email: i.mammadzada@ufaz.az

📊 Data elmi klubu

Data elmi klubu data, süni intellekt və maşın öyrənməsinin gücünü kəşf etməyə həvəsli olan tələbələri bir araya gətirir. Üzvlər praktik seminarlar, "Kaggle" müsabiqələri və əməkdaşlıq layihələri vasitəsilə analitik və proqramlaşdırma bacarıqlarını inkişaf etdirirlər. Klub, həmçinin, data əsaslı texnologiyalar üzrə müzakirə və seminarlar keçirir, tələbələrin nəzəri biliklərini real problemlər üzərində tətbiq etməsinə dəstək olur. Klub araşdırma həvəsi və innovasiyanı təşviq edərək UFAZ-da gələcəyin data alimlərindən ibarət dinamik bir icma qurmağı hədəfləyir.

Klub sədri: Pavel Kuznetsov
Email: p.kuznetsov@ufaz.az

♟️ Şahmat klubu

Şahmat klubu bu intellektual idman növünə həvəsi olan tələbələri bir araya gətirir və onlara strateji düşünmə, diqqət və idmançı bacarıqlarını inkişaf etdirmək üçün platforma təqdim edir. Üzvlər müntəzəm məşqlər, turnirlər və yoldaşlıq qarşılaşmaları vasitəsilə analitik və qərarvermə bacarıqlarını gücləndirir, eyni zamanda, yarış ruhundan zövq alırlar. Klub həmçinin universitetlərarası və milli turnirlərdə aktiv iştirak edir və UFAZ-da güclü, inklüziv şahmat icmasının formalaşmasına töhfə verir.

Klub sədri: Kamila Rahimova
Email: k.rahimova@ufaz.az