Tələbə Şurası
Tələbə Şurası universitetdə tələbələrin maraqlarını və hüquqlarını təmsil edən, təklif və gözləntiləri rəhbərliyə çatdıran, eyni zamanda, tələbə həyatının inkişafına yönəlmiş təşəbbüslər irəli sürən idarəetmə birliyidir.
Şura üzvləri sədr, sədr müavini, hər ixtisasdan bir nümayəndə və birinci kursları təmsil edən tələbədən ibarətdir.
Tələbələrin idarəetmə orqanı universitetdə aktiv mühit formalaşdırır, qərarların qəbul edilməsində tələbə yanaşmasını diqqətə çatdırır, sosial məsuliyyət və könüllülük fəaliyyətlərini təşviq edir.
Bu qurumun əsas vəzifələri aşağıdakılardır:
- Şura üzvlərinin vəzifə və öhdəliklərini müəyyənləşdirmək;
- Hər il şura rəhbərliyinin müəyyən edilməsi üçün ədalətli və şəffaf seçkilərin təşkili;
- Bütün kurs və ixtisaslar üzrə tələbələr arasında ünsiyyətin inkişafı məqsədilə tədbirlərin keçirilməsi;
- UFAZ-ın tələbə təcrübəsini müxtəlif klub və fəaliyyətlər vasitəsilə tanıtmaq;
- Tələbələrin şəxsi və təşkilatçılıq bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaq;
- Şirkət nümayəndələri və sahə peşəkarlarını UFAZ-ın fəaliyyətlərinə cəlb etməklə tələbələrə karyera dəstəyi göstərmək;
- Tələbələr, müəllim heyəti və universitet əməkdaşları arasında səmərəli ünsiyyətə töhfə vermək;
- Tələbələrin hüquqlarını UFAZ rəhbərliyinin qarşısında təmsil etmək.
Tələbə Şurasının üzvləri (2025-2026)
Sədr: Zəhra Rəhimova
Email: z.rahimova@ufaz.az
Sədr müavini: Anar Eyvazzadə
Email: a.eyvazzada@ufaz.az
“Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə nümayəndə: Azad Daşdəmirov
Email: a.dashdamirov@ufaz.az
“Neft və qaz mühəndisliyi” ixtisası üzrə nümayəndə: Nuru Qasımov
Email: n.gasimov@ufaz.az
“Kompüter elmləri” ixtisası üzrə nümayəndə: Kərəm İmaməli
Email: k.imamali@ufaz.az
“Kimya mühəndisliyi” ixtisası üzrə nümayəndə: Aysel Sərdarova
Email: a.sardarova@ufaz.az
Birinci kurs üzrə nümayəndə: Nilufər İlyaslı
Email: n.ilyasli@ufaz.az