Azerbaijan State Oil and Industry University
UFAZ-ın Kimya mühəndisliyi ixtisasının məzunu Rəhim Əlizadə UFAZ-da bərpa olunan enerji sənayesinin inkişaf edən mənzərəsi barədə əhatəli bir sessiya keçirib. Öz təcrübə və biliklərinə əsaslanan Əlizadə, kimya mühəndisliyi və bərpa olunan enerji sahələrində mövcud və yeni yaranan çağırışlar haqqında geniş icmal təqdim edərək, bu sahələrdə peşəkarların qarşılaşdığı çətinliklərə toxunub. O, xaricdə təhsil və iş təcrübəsindən bəhs edərək, tələbələrə beynəlxalq imkanlardan yararlanmaq və uğurlu karyera qurmaq üçün praktiki məsləhətlər verib.
Bundan əlavə, Əlizadə günəş və külək enerjisindən bioenerji və hidrogenə qədər müxtəlif bərpa olunan enerji mənbələrindən bəhs edərək, süni intellektin bu sahədə prosesləri optimallaşdırmaqda və innovasiyaları irəli aparmaqda oynadığı mühüm rolu vurğulayıb. O, həmçinin UFAZ məzunları üçün bərpa olunan enerji və kimya mühəndisliyi sahələrindəki əsas iş imkanlarını və karyera yollarını vurğulayıb, tələbələri bu yüksək təsirli sahələrdə çalışmaq üçün imkanları araşdırmağa təşviq edib. Qeyd edək ki, Rəhim Əlizadə hazırda Fransada, TOTAL Energies şirkətində Fransada çalışmaqla bu sahəyə töhfə verməkdədir.




