1 month, 2 weeks ago

UFAZ Pedaqoji Komitəsinin 13-cü iclası keçirilib

425345229_996023102058228_8475919223481518523_n

Fevralın 28-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) Pedaqoji Komitəsinin 13-cü iclası keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərovun rəhbərliyi ilə baş tutan iclasda UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, UFAZ-ın Baş katibi Yelizaveta Bidanova, ADNSU-nun Tədris İşləri üzrə prorektoru, dosent Qasım Məmmədov, UFAZ-ın Tədris departamentinin müdir müavini Səmra Şiriyeva da iştirak edib. Həmçinin, komitənin üzvləri, UFAZ-ın Əməliyyatlar üzrə meneceri Yannik Hoarau, UNİSTRA-nın Operativ işlər üzrə meneceri Alessiya Maggi Strasburqdan onlayn şəkildə iclasa qoşulublar.

Görüşdə UFAZ-ın yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaq yeni bakalavr və magistratura proqramlarının müzakirəsi baş tutub. Proqramların kurikulumları və digər inzibati məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, UFAZ-ın Akademik Komitəsi elm, təhsil və elmi məsələlərin araşdırılmasından məsul olan icraedici orqandır.

Komitə bütün Pedaqoji və Akademik fəaliyyətlərə dair inzibati məsələləri müzakirə etmək üçün ildə iki dəfə Bakıda və Strasburqda toplanır.

421849597_996023112058227_3555609895266817402_n
428485715_996023062058232_4195635244788941617_n
428492501_996023105391561_6658999917628566602_n (1)
428479986_996023092058229_4752075743893403511_n