1 il əvvəl
Tələbələr üçün beş günlük sahədə təcrübə təşkil edilib

Tələbələr üçün beş günlük sahədə təcrübə təşkil edilib. Təcrübə çərçivəsində Xızı, Altıağac, Xızı dağları, Giləzi yolu, Xızının girişi, Pirəkəşkül, Kirməki vadisi və Yasamal vadisinə səfər təşkil olunub.
Təcrübənin keçirilməsində məqsəd tələbələrə Qafqazın geoloji tarixini böyüdücü linzalar, kompaslar, sərtlik testləri, stratiqrafik sütunların çəkilməsi və geoloji xəritəçəkmə texnikalarından istifadə vasitəsilə tədqiq etməyi öyrətmək idi.
Tələbələr daş növlərini araşdırıb, onların yaşlarını müəyyənləşdirib görünən deformasiyaları təsvir etməklə, Böyük Qafqazın geoloji tarixinin əsas mərhələlərini nəzərdən keçiriblər.


