1 il, 3 ay əvvəl

UFAZ yeni layihəyə start verib

DSC_9608-min-min (2) (1) (1) (1)

Azərbaycan-Fransız Universiteti (UFAZ) yeni layihəyə start verib. Fransanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qızların mühəndisliyə təşviqi” adlı layihəninin məqsədi STEM sahəsində gender bərabərliyini təmin etməkdir.

Layihə gənc qızların mühəndislik sahəsini uğurlu bir peşə və karyera imkanı kimi görməklərinə şərait yaratmaqla, xanımların azlıq təşkil etdiyi STEM sahəsində gender balansını bərpa etmək və bu sahədə formalaşmış mənfi stereotipləri aradan qaldırmaq məqsədi daşıyır.

Layihə gənc qızların mühəndislik sahəsini uğurlu bir peşə və karyera imkanı kimi görməklərinə şərait yaratmaqla, xanımların azlıq təşkil etdiyi STEM sahəsində gender balansını bərpa etmək və bu sahədə formalaşmış mənfi stereotipləri aradan qaldırmaq məqsədi daşıyır. Layihə çərçivəsində iştirakçılar mühəndisliyin əsas prinsipləri, bu sahədə mövcud karyera imkanları barəsində məlumatlanacaq, onlarda problem həll etmə və komanda ilə işləmə bacarıqları formalaşdırılacaq.

Qeyd edək ki, “Qızların mühəndisliyə təşviqi” layihəsi çərçivəsində Bakının 5 müxtəlif məktəbində vorkşoplar və təqdimatlar keçiriləcək. Sonda həmin vorkşoplarda ən aktiv iştirak etmiş 30 tələbənin UFAZ-la tanışlığı və laboratoriyalara ziyarəti baş tutacaqdır.

DSC_9585-min (1) (1)_11zon
DSC_9602-min (1) (1)_11zon
DSC_9606-min11_11zon