1 ay, 3 həftə əvvəl

UFAZ tələbələri USG APEX Hackathonunda birinci və ikinci yerləri qazanıblar.

431266594_1000361828291022_5542043074206325258_n

UFAZ tələbələri USG APEX Hackathonunda həm birinci, həm də ikinci yerləri qazanıblar. ADA Universiteti, PASHA Həyat və AzInTelecom tərəfindən martın 1-də və 2-də təşkil edilən hakatonda Abid Qurbanov, Vüsal Şirinbəyli və Rafiq Hacılının iştirak etdiyi “Enigma” komandası birinci yeri tutub. Bundan əlavə, Yusif Əsgəri, Əziz Zeynallı, Zirəddin İsmayılov və Aqil Zəkəriyyədən ibarət olan “Optimum”komandası ikinci yerdə qərarlaşıb. Birinci yerin qalibi olan komandaya 2500, ikinci yerin qalibinə isə 1500 manat pul mükafatı verilib.
Qeyd edək ki, Azərbaycan universitetlərindən ümumilikdə 95 komanda hakatonda iştirak üçün müraciət etmişdi. Sonda ən yaxşı 10 komanda Paşa Həyat və AzInTelecomdan olan münsiflər heyətinin qarşısında çıxış etmək şansı qazanıblar. Layihə zamanı iştirakçılar müasir texnologiyadan və innovativ üsullardan istifadə edərək həyat sığortası sənayesindəki çətinlikləri aradan qaldırmaq üçün həll yolları təklif ediblər.
------------------------------------

431195487_1000361844957687_8948943120930178473_n