1 həftə, 3 gün əvvəl

UFAZ tələbələri “Green Hackathon”da birinci yeri tutaraq, 5000 AZN mükafat qazanıblar

438818153_825458242940198_4176645925591999086_n

UFAZ tələbələri “Green Hackathon”da birinci yeri tutaraq, 5000 AZN mükafat qazanıblar. İştirakçılar SABAH inkubasiya proqramının hakatonu üçün Davamlı İnkişaf Məqsədlərinə uyğun layihələr hazırlayıblar. UFAZ tələbələri Elgün Həsənov və Emin Xəlifəyevin, həmçinin ADA Universitetinin iki tələbəsinin birgə təsis etdiyi “Ecoffin by Codage" komandası hakatonun qalibi olub. “Ecoffin” adlı qalib layihə raketlərin kosmosa buraxılması nəticəsində meydana gələn karbon emissiyalarını azaltmaq üçün ekoloji cəhətdən təmiz parafin yaradılmasını təklif edir.

Layihə raketlərin havaya buraxılması prosesini təbiətə daha az zərərli bir hala gətirməyi və bununla da davamlı inkişaf məqsədlərinə töhfə verməyi hədəfləyir. onların həlli raketçiliyi həm miqyaslı, həm də davamlı etməyi hədəfləyir. “Ecoffin” kosmik araşdırmalarda daha təmiz bir gələcəyi dəstəkləyir.

Qeyd edək ki, hər dəfə səmaya raket buraxılanda 300 ton karbon dioksid ixrac olunur və hər il təqribən 200 belə uçuş baş tutur. Növbəti on illik ərzində isə 2500 raketin kosmosa buraxılması gözlənilir.

photo1
439888554_17981337095658383_2820321087122438623_n
440096294_17981337122658383_330341182804287314_n