11 ay, 2 həftə əvvəl

'Süni intellekt dövründə rəqəmsal etibarlılıq: Özünüzü qorumaq üçün vasitələr' adlı tədbir keçiriləcək

20 May 2024, 16:00

POLYGRAF

Müddət

2 saat

Məkan

UFAZ Conference Hall

Tədbir haqqında

UFAZ-da 'Süni intellekt dövründə rəqəmsal etibarlılıq: Özünüzü qorumaq üçün vasitələr' adlı tədbir keçiriləcək. Görüşdə 3 müxtəlif mütəxəssislə yanaşı, Polygraf şirkətinin rəhbəri də ABŞ-dan onlayn şəkildə qoşulacaq. Tədbir iştirakçıları “Süni intellekt məzmununun aşkarlanması” planını pulsuz olaraq əldə edə biləcəklər. Bu proqram süni intellektin, mənbənin aşkarlanması, müəllif hüquqlarının qorunması və yazı analizi kimi xüsusiyyətləri özündə ehtiva edir.

“Süni intellektin aşkarlanması” adlı genişlənmə istifadəçilərə rəqəmsal məzmunun həqiqiliyini və orijinallığını sürətli və dəqiq şəkildə müəyyən etməyə kömək etmək üçün hazırlanıb. Bu proqram hər hansı onlayn məzmunu analiz edə bilər və onun insan tərəfindən yaradılıb-yaradılmadığını, əgər süni intellekt ilə yaradılıbsa, məhz hansı modeldən (GPT 3.5, GPT 4, Gemini, Claude, Llama 3) istifadə edildiyini göstərə bilər. Bu tədbir süni intellekt, kompüter elmləri və mənmun yaradılması ilə maraqlananlar, həmçinin də UFAZ tələbələri üçün maraqlı olacaqdır.