2 həftə, 6 gün əvvəl

UFAZ-da psixi sağlamlıq üzrə maarifləndirici seminar keçiriləcək

Bona-Dea (1)

Məkan

UFAZ Conference Hall

Tədbir haqqında

UFAZ Karyera Mərkəzi və LivBonadea Xəstəxanasının birgə təşəbbüsü ilə 28 noyabr tarixində saat 16:00-da növbəti seminar baş tutacaq. Tədbir UFAZ-ın konfrans zalında keçiriləcək və psixi sağlamlıq mövzusuna həsr olunacaq.

Seminarda tanınmış psixiatr Dr. Leyla Abdullayeva çıxış edəcək və “Psixi sağlamlıq və stressin effektiv idarə edilməsi” mövzusunda ətraflı məlumat verəcək. Tədbir iştirakçılarına psixi sağlamlıq problemlərinin əlamətləri, stresslə başa çıxma yolları, panik atakların anlaşılması və idarə olunması, həmçinin psixi sağlamlıq üçün resurslar və dəstək mexanizmləri haqqında ətraflı məlumat veriləcək.

Bu seminar yalnız tələbələr üçün deyil, maraqlanan hər kəs üçün açıq olacaq. Məqsəd stressin təsirlərini anlamaq və psixi sağlamlığın qorunması üçün faydalı üsulları öyrətməklə cəmiyyət arasında maarifləndirməni artırmaqdır.

Registration link: https://docs.google.com/forms/d/e/1FAIpQLSdhkNknY1NAIzIwTcijPKnWp93IbI5kV_tj1WHBcAvHTLlXSw/viewform