11 ay, 2 həftə əvvəl

Mayın 17-də UFAZ-da növbəti elmi seminar baş tutacaq

17 May 2024, 16:30

441063053_1045359400457931_325406253743835844_n

Müddət

90 dəqiqə

Məkan

UFAZ Conference Hall

Tədbir haqqında

Mayın 17-də UFAZ-da növbəti elmi seminar baş tutacaq. Strasburq Universitetinin doktorantı Zaur Bayramov UFAZ-da "Qafqaz regionu və Şimali İranın Yer qabığının müasir deformasiyaları: yarı-avtomatikləşdirilmiş seysmik kataloqdan və InSAR zaman seriyalarından müşahidələr" adlı seminar keçirəcək. Onun tədqiqatı, seysmoloji məlumatların, süni intellekt texnikalarının və peyk radar interfereometrik məlumatlarının inteqrasiyası vasitəsilə bütöv Qafqaz regionu və Şimali İran arasındakı tektonik strukturların cari deformasiya dinamikası və qarşılıqlı təsirlərini aydınlaşdırmağı hədəfləyir. Seminar regional geoloji proseslərə dair dərin baxışlar təqdim edəcək.


Kembric Universitetinin Coğrafiya Departamentinin doktorantı Einsliy Trehan seminar çərçivəsində "İdarəetmə üçün elmi səfərbər etmək: Azərbaycan və Gürcüstanda dissiplinlər-arası təbii fəlakət riskinin azaldılması" mövzusunda çıxış edəcək. Trehan hazırda transsərhəd fəlakət risklərinin idarə edilməsi üzrə tədqiqat aparır. Onun araşdırmaları tarixi, siyasi və coğrafi amillərin Azərbaycan və Gürcüstan arasında sərhədüstü fəlakət risklərinin idarə edilməsi şəbəkələrinin institusional əlaqələrə necə təsir etdiyinə dairdir. Qeyd edək ki, tədbir saat 16:30-da UFAZ konfrans zalında baş tutacaqdır.